“Borussiya”dan ayrılacağını təsdiqlədi

“Borussiya” Dortmundun yarımmüdafiəçisi Mario Qötze klubdan ayrılacağını təsdiqləyib.

Newsport.az “Mirror”a istinadən xəbər verir ki, bu barədə 27 yaşlı futbolçu özü məlumat verib.

“Bu gün bildirmək istəyirəm ki, karyeramda dəyişilik etmək qərarı vermişəm. Mən agentimi dəyişdim. Bu, gələcək idman həyatım üçün vacib qərardır” – deyə o qeyd edib.

Əlavə edək ki, Qötzenin “Borussiya” ilə müqaviləsi bu il iyunun sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right