Ana Romero koronavirusa görə peşəsini dəyişdi

İspaniyanında "Betis" klubunun qadın futbolçusu Ana Romero koronavirusla mübarizə məqsədilə peşəsini müvəqqəti dəyişib.

Newsport.az-ın məlumatına görə, bu barədə 33 yaşlı hücumçu şəxsi "Instaqram" səhifəsində bildirib. İspaniyalı forvard xəstəxanada işləməyə başladığını yazıb: "Bu günlərdə koronavirusla mübarizədə öz köməyimi göstərə bildiyim üçün şadam. Bunu etməyin vaxtı çatıb. Evdə qalın!"

Qeyd edək ki, Ana Romero daha əvvəl İspaniyada "Valensiya", "Barselona" və "Sevilya" kimi komandalarda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right