Premyer Liqa azarkeşsiz davam edəcək

Premyer Liqa rəsmiləri koronavirus pandemiyasından sonra mövsümü davam etdirməyin yollarını axtarır. Newsport.az “The Mirror”a istinadən xəbər verir ki, gələn həftənin cümə günü təşkilatçılar çempionatın taleyi ilə bağlı növbəti dəfə iclas keçirəcəklər.

Məlumata görə, əsas təklif mövsümün mayın sonu və ya iyunun əvvəlində başlamasıdır. Çox güman ki, bütün oyunlar tamaşaçısız keçiriləcək.

Bildirilir ki, 2020/21 mövsümünün ilk turları da qapalı tribunalarda oynanıla bilər. Bu vəziyyətdə azarkeşlər 2021-ci ilə qədər Premyer Liqa görüşlərini stadiondan izləyə bilməyəcəklər.

Qeyd edək ki, çempionat martı 13-də koronavirus epidemiyası üzündən dayandmışdı. Aprelin 3-də isə fasilə müddətsiz olaraq uzadılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right