"Beşiktaş" ABŞ millisinin üzvü ilə bağlı qərar verdi

Yeni mövsüm planlarını cızan "Beşiktaş" amerikalı futbolçusu Tayler Boydla bağlı qərar verib.

 

Newsport.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə yolunu ayırmayacaq. Komandanın baş məşqçisi Sərgən Yalçın ABŞ millisinin üzvünün xidmətindən yararlanmaq istədiyini klub rəhbərliyinə çatdırıb.

 

"Ağ-qaralar" Boydu ötən yay Portuqaliyanın "Vitoriya" klubundan 2,5 milyon avroya transfer edib. O, komandada 21 oyun keçirib, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right