“Roma”dan koronavirusla mübarizə üçün xüsusi formalar

İtaliyanın “Roma” klubu koronavirusla mübarizəyə dəstək olmaq üçün növbəti kampaniyaya başlayır.

Newsport.az xəbər verir ki, paytaxt klubu, pandemiya ilə mübarizəyə dəstək olmaq üçün xüsusi olaraq 500 forma satışa çıxaracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Nike” şirkətinin hazırlayacağı formaların üzərində İtaliya dilində “birlikdə” mənasına gələn “Assieme” loqolarının olacağı bildirilib. Klub, bu xüsusi formaların 350-si qırmızı, 150-si mavi olmaqla 500 ədəd satışa çıxaracağını açıqlayıb.

Formaların qiymətinin “Roma”nın yaranma ili olan 1927-yə istinadən 192,7 avro olacağı bildirilir. Formaların satışından əldə olunacaq gəlir pandemiya ilə mübarizə üçün ehtiyacı olanlara bağışlanacaq.

“Roma” daha əvvəl virusla mübarizə üçün yardım aksiyası başlatmış və ümumilikdə 500 min avrodan çox gəlir toplanmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah