Koronavirusa görə müqaviləsi ləğv olundu, klubu məhkəməyə verdi

İsveçrənin “Sion” klubu yollarını ayırdığı futbolçusu Yohan Djuru tərəfindən məhkəməyə verilib.

Newsport.az xəbər verir ki, buna 33 yaşlı futbolçu ilə müqavilənin ləğv edilməsi səbəb olub. "Sion" Djurunun  koronavirus pandemiyasına görə maaşının azaldılmasına razı olmadığı üçün bu addımı atıb.

İsveçrə millisinin sabiq müdafiəçisi isə bu qərarla razılaşmayıb və klubu məhkəməyə vermək qərarına gəlib.

Futbolçu yerli mətbuata verdiyi açıqlamasında pul hərisi olmadığını, sadəcə, haqqının tapdalanmamasına çalışdığını bildirib. O, məhkəmədə qalib gələcəyi halda, alacağı təzminatı yardım fondlarından birinə bağışlayacağını da açıqlayıb.

Qeyd edək ki, Djuru ilə yanaşı, daha 8 futbolçunun müqaviləsinə xitam verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right