Futbolçular məvaciblərinin azaldılmasına razı olmadılar

İsveçrənin “Bazel” klubunun futbolçuları koronavirusa görə məvaciblərinin azaldılmasına razı olmayıblar.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bazel” rəhbərliyi futbolçulara illik məvaciblərinin 17,5 faiz azaldılmasını təklif etsə də, oyunçular bunu qəbul etməyib. Bu 17,5 faizə əsasən futbolçular aprel, may və iyun ayı ödənişlərini 70 faiz az alacaqdı. Rəhbərliyin yenidən futbolçularla müzakirələr aparacağı bildirilib.

İsveçrə çempionatı koronavirusa görə təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right