Çempionat iyunun 10-dan tez bərpa olunmayacaq

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Şotlandiya çempionatında fasilə müddəti uzadılıb.

Newsport.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yüksək liqada oyunların iyunun 10-dan tez bərpa olunmayacağı bildirilib.

Ötən gün federasiya rəhbərliyinın klublarla birgə keçirdiyi videokonfransda futbolçuların, məşqçilərin və digər işçi heyətinin təhlükəsizliyi naminə bütün futbol qarşılaşmalarının iyunun 10-na qədər təxirə salınmasına qərar verilib.

Xatırladaq ki, daha əvvəl ölkə çempionatlarının taleyinin səsvermə yolu ilə müəyyənləşəcəyi haqda xəbər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right