UEFA-dan AVRO-2020 açıqlaması - ev sahibləri dəyişir?

UEFA 2021-ci ildə keçiriləcək Avropa çempionatı barədə növbəti dəfə açıqlama yayıb. Newsport.az xəbər verir ki, qrumdan verilən məlumatda əvvəlcədən təyin olunan planda dəyişikliyin olmadığı bildirilir.

“AVRO-2020 gələn il 11 İyun - 11 iyul tarixlərində keçiriləcək. Oyunların təqvimi dəyişməyib və planlaşdırıldığı kimi həmin şəhərlərdə keçirmək niyyətindəyik. Ancaq yarışın cədvəli hələ rəsmi olaraq təsdiqlənməyib. Bu məsələdə ev sahibi olan bütün şəhərlərlə əlaqə saxlanacaq. Daha sonra isə məlumat veriləcək”- deyə, bildirilib.

Bu gün mətbuatda UEFA-nın Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayını azalda biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Roma və Bilbao şəhərləri maliyyə problemləri və koronavirus pandemiyasından yüksək ölüm səbəbi ilə risk altındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right