Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məlum olub.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Bruno Labbadiaya tapşırılacaq. Bu barədə “Bild” nəşri məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Labbadia daha əvvəl Almaniyada “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” kimi klubları çalışdırıb.

Hazırda Bundesliqanın 13-cü sırasında qərarlaşan “Herta”nı Aleksandr Nuri çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right