Premyer Liqa 1 milyardlıq itkiylə üz-üzə

Koronavirus pandemiyası səbəbiylə İngiltərə Premyer Liqasına dəyəcək maddi zərərlə bağlı açıqlama verilib.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, turnirin icraçı direktoru Riçard Masters, bunları deyib:

“Premyer Liqanı tamamlaya bilməsək, azı 1 milyon funt-sterlinq zərərlə qarşılaşacağıq. Pandemiya davam etsə, maddi itkilərimiz də çoxalacaq. Bu vəziyyət təkcə 20 klubun maliyyə vəziyyətinə deyil, eyni zamanda bütün peşəkar dairələrə mənfi təsir göstərəcək. Klublar dövlətdən maddi yardım almadan, işçilərinin məvacibini ödəməyə davam etməyin yolunu tapmalıdırlar”.

Daha əvvəl İngiltərə Futbol Asossiasiyasının prezidenti Qreq Klark Premyer Liqanın tamamlanmama ehtimalının yüksək olduğunu bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right