"Barselona"ya qarşı şansımız yox idi"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın sabiq futbolçusu Filipp Koutinyonun "Barselona"ya keçidinin detallarından danışıb.

Newsport.az xəbər verir ki, "Mundo Deportivo"ya açıqlama verən alman mütəxəssis deyib: "Birinci saniyədən Filippin qərarına hörmət edirdim. Həmin vaxt bir neçə həftə əvvəl onunla yeni müqavilə imzalanmışdı, amma "Barselona"ya qarşı şansımız yox idi.

Bizim üçün çətin idi, çünki seçim çox deyildi. Adam Lallanı zədə səbəbindən itirdik. Qısa müddət ərzində iki oyunçumuzdan məhrum olduq. Üstəlik, transfer bazarında da problemimizi həll etmək mümkün olmadı. Koutinyo transferi tezləşdirmədi və bu, çox yaxşı idi. Növbəti transfer pəncərəsində onun gedişinə artıq icazə verilməli idi".

Qeyd edək ki, Koutinyo 2018-ci ilin qışında "Liverpul"dan 120 milyon avroya "Barselona"ya transfer olunub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah