"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Reyncers"in çalışdırıcısı Stiven Cerrardı tərifləyib.

Newsport.az xəbər  verir ki,  fransalı mütəxəssis “goal.com”a açıqamasında  "Liverpul"un sabiq kapitanını öz dövrünün ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

"Cerrardın dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğu bir vaxt var idi. Tamamilə hər şeyi bacaran yarımmüdafiəçilər çox azdır. Cerrard onlardan biri idi".

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 17 il (1998-2015) "Liverpul"da çıxış edib. "Qırmızılar"ın əfsanəvi futbolçusu komandada 710 oyunda iştirak edib, 186 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right