Lisenziyalaşdırma proseduru ilə bağlı qərarlar

Aprelin 1-də UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda klubların lisenziyalaşdırma proseduru ilə bağlı aşağıdakı dəyişikliklərlə bağlı müvafiq qərarlar qəbul olunub:

 

1. Gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması

 

COVID-19 pandemiyasının Avropa ölkələrində yayılması və futbola təsirini nəzərə alaraq, klublarda lisenziyalaşdırma prosesinin başa çatdırılmasını asanlaşdırmaq üçün gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması haqda qərar qəbul olunub.

 

Bu qərar 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma prosesinin, xüsusi olaraq, Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair-Play Qaydalarının aşağıdakı müddəalarını əhatə edir:

 

• Maddə 52 “Gələcək maliyyə məlumatları”;
• Əlavə IX(B)(2)(d) “İllik və aralıq dövrlər üzrə Maliyyə Hesabatlarında auditor rəyinin qiymətləndirilməsi;
• Əlavə IX(D)(3) “Lisenziya qərarlarından əvvəl yazılı bəyannamələrin qiymətləndirilməsi;
• Əlavə IX (E) “Gələcək maliyyə məlumatlarının qiymətləndirilməsi”.

 

2. 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix

 

2019-cu ilin iyun ayında UEFA bəyan etmişdi ki, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 2020-ci il mayın 29-dur. Bütün əlaqəli tərəflərlə məsləhətləşdikdən sonra, eləcə də, lisenziarların və lisenziya iddiaçılarının yayılmış COVİD-19 pandemiyasının təsirinə məruz qaldığını nəzərə alaraq, UEFA belə qənaətə gəlib ki, yaranmış vəziyyət Klubların Lisenziyalaşdırılması prosesinə təsir edəcək.

 

Bunu nəzərə alaraq, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 30 iyun 2020-ci il müəyyən edilib.

 

3. Klubların lisenziyalaşdırılması sistemi ilə bağlı UEFA-nın tətbiq etdiyi müstəsna prosedur

 

2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müstəsna prosedurun tətbiqinə əsasən Lisenziarlar üçün müəyyən olunmuş 15 aprel 2020-ci il tarixi 15 may 2020-ci il tarixinədək uzadılır.

 

Beləliklə, klubların minimum standartlara uyğun fəaliyyət göstərməsini qiymətləndirən müvafiq sənədlərin UEFA Administrasiyasına təqdim edilməsi üçün müəyyən edilmiş 1 may 2020-ci il tarixi 15 iyun 2020-ci il tarixinədək uzadılıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah