"Beşiktaş" misirli futbolçu üçün "Arsenal"a təklif göndərəcək

"Beşiktaş" "Arsenal"dan icarəyə götürdüyü Məhəmməd Əlnenni üçün London klubuna təklif göndərəcək.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi misirli yarımmüdafiəçini yenidən 1 il icarəyə götürmək istəyir. "Ağ-qaralar" 27 yaşlı futbolçu üçün qarşı tərəfə icarə haqqı ödəmək istəmir. Tərəflər anlaşsa, "Beşiktaş" futbolçunun maaşını ödəyəcək.

Əlnenni bu mövsüm 28 oyunda 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right