"Bəzi klublar koronavirusdan öz mənafeləri üçün istifafə etmək istəyir"

Niderlandlı məşhur mütəxəssis Lui Van Qaal koronavirus pandemiyasına görə klubların liqaların ləğv olunması və çempionun elan edilməsi tələblərinə reaksiya göstərib.

Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlamasında o, "Ayaks"ın belə tələblə çıxış etməklə yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışdığını söyləyib:

"Oyunlar meydanda qazanılır. Bəzi klublar koronavirusdan öz mənafeləri üçün istifadə etmək istəyir. Keçirdiyi 25 oyun "Ayaks"ı çempion edə bilməz. "AZ Alkmaar"la eyni xaldadılar. Çempionatın isə yalnız 2/3-si geridə qalıb. Bunun heç əhəmiyyəti yoxdu? Məntiqsizdi".

Erediviziyada 25 turdan sonra "Ayaks" və "AZ Alkmaar" 56 xal toplayıb. Amsterdam təmsilçisi əıavə göstricilərə görə liderdi. "Ayaks" çempionatın ləğv edilməsini və nəticələrin elan olunmasını isəyir.

Buna qədər Belçikada liqa dayandırılıb və lider "Brügge" çempipna elan edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right