İtaliya A Seriyası qeyri-müəyyən vaxta təxirə salındı

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa müddəti uzadılıb.

 

Newsport.az xəbər verir ki, liqa rəhbərliyinin videokonfransında çempionatın qeyri-müəyyən vaxta təxirə salınmağına qərar verilib.

 

A Seriyası ölkədə COVID-19-la bağlı yaranmış vəziyyət tam düzələndən sonra bərpa olunacaq.

 

İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah