"Lans"ın keçmiş futbolçusu koronavirusdan öldü

“Lans” klubunun keçmiş futbolçusu və məşqçisi Arnold Sovinçki vəfat edib.

Newsport.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 89 yaşlı qapıçı koronavirus pandemiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Sovinçki 1952-1966-cı illər aralığında “Lans”da çıxış edib. 1969-cu ildən 1989-cu ilə qədər isə müxtəlif vaxtlarda klubda qapıçılar üzrə məşqçi kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right