"Real" Mbappe üçün onları satmalıdır

PSJ-nin forvardı Kilian Mbappe “Real”in transfer siyahısına başçılıq edir. Newsport.az xəbər verir ki, Madrid klubu oyunçunu almaqda israrlıdır.

Məlumata görə, fransalının yayda İspaniyaya yollanması inandırıcı görünür. Belə ki, Mbappe son aylarda PSJ-nin müqavilə yeniləmək təklifini iki dəfə geri çevirib. Bununla yanaşı, koronavirus üzündən yaranan maliyyə problemləri klub rəhbərliyini oyunçunu satmağa vadar edir. Çünki Paris təmsilçisinin heyətində yüksək məbləğdə maaş alan kifayət qədər futbolçu var.

PSJ hücumçunun satışından yaxşı gəlir götürmək və onun əmək haqqısından qurtulmağı düşünür. Mbappe ilə yanaşı, Fransa mətbuatı məlum səbəbdən daha bir neçə oyunçunun komandadan ayrılacağını iddia edir.

Ancaq “Real” oyunçunu transfer edə bilməsi üçün bir neçə futbolçu satmalıdır. Klub rəhbərliyi Xames Rodrigez və Qaret Beylin transferindən gələn gəlirlə Mbppeni ala bilər. Əks təqdirdə 20 yaşlı oyunçunun Madrid təmsilçisinə keçidi bu yay da baş tutmayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah