"Çempionatları ləğv etmək əsassızdır" UEFA müraciət etdi

UEFA koronavirus pandemiyası üzündən liqaların dayanması ilə əlaqədar federasiyalara məktub göndərib. Newsport.az xəbər verir ki, qrum çempionatların tamamlanmalı olduğunu bildirib.

Məktubda “Koronavirus yarışların planlı gedişatına mane oldu. Ancaq buna rəğmən, liqaların tamamlanmasının tərəfdarıyıq. Əminik ki, futbol yaxın aylarda bərpa olunacaq. Bunun üçün dövlət orqanlarının lazımı addımları atacaqlarından şübhə etmirik. Çempionatları ləğv etməyin əsassız olduğunu düşünürük” – deyə, yazılıb.

UEFA-nın xüsusi olaraq yaradılan işçi qrupları mövsümü iyulda bərpa etmək üzərində işləyirlər.

Qeyd edək ki, Belçika mövsümü ləğv edən ilk Avropa ölkəsi oldu. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah