“Atletiko” da maaşları 70 faiz azaltdı

İspaniyanın “Atletiko” klubunda futbolçuların və məşqçilərin maaşları koronavirusa görə yaranan böhranla əlaqədar 70 faiz azaldılıb.

Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, komandanın futbolçuları, məşqçiləri ilə yanaşı idarə heyətinin üzvləri də maaşlarının azaldılmasına razı olublar.

Madrid klubunun 430 işçisinin ödənişlərində isə heç bir kəsinti olmayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb. Daha öncə “Barselona”da maaşların koronavirus pandemiyasına görə 70 faiz azaldıldığı açıqlanmışdı. “Betis”də isə 15 faizlik endirim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right