Bundesliqanın daha bir klubu maaşları azaltdı

Almaniya Bundesliqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar futbolçularının maaşlarını azaltmağa qərar verib.

Newsport.az xəbər verir ki, söhbət “Volfsburq”dan gedir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu və məşqçi heyəti məvaciblərinin böyük hissəsindən imtina ediblər. Klub rəhbərliyində çalışanlar da oxşar addımı atıblar.

Xatırladaq ki, Bundesliqada daha öncə “Bavariya”, “Borussiya” (Dortmund), “Yunion Berlin”, “Şalke”, “Bayer” və “Leyptsiq” klublarında da futbolçular və məşqçilər maaşlarının azaldılmasına razılıq vermişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right