Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçildi

İspaniyanın “Marca” nəşri öz oxucuları arasında bütün dövrlərin ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.
 
Newsport.az xəbər verir ki, pley-off sistemiylə keçirilən sorğunun finalında "Yuventus"un hücumçus Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messini qabaqlayıb. 
 
Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb. Portuqaliyalıya 246 min, Messiyə 209 min insan səs verib.
 
Kriştiano Ronaldo finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb. Messi isə Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan güclü olub.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah