"Yuventus" çempionluğu istəmədi" federasiya prezidenti

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirusa görə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, qurum rəhbəri çempionatın ləğv edilməsinin çətin qərar olduğunu deyib:

 

"Çempionatı ləğv etmək olduqca çətin qərardır. Çempionatın 2/3-ü bitmişdi və belə qərar haqsızlıq olar. Əgər yarışı başa vurmasaq, başqa problemlər ortaya çıxacaq. Məsələn, UEFA-nın yarışlarına hansı klubların gedəcəyini müəyyənləşdirmək lazımdır. Bundan əlavə, hansı komandaların B Seriyasına düşdüyünü və hansıların yüksək liqaya vəsiqə qazandığını müəyyənləşdirmək çətin olacaq. Mövsümün nəticələrinin meydanda həll olunması üçün əlimdən gələni edəcəm".

 

66 yaşlı funksioner "Yuventus"un prezidenti Andrea Anyelli ilə danışdığını deyib:

 

"O, çempionatın ləğv edilməsini istəmir. Andrea belə çempionluğu qəbul etməyəcəklərini bildirdi. Bu, möhtəşəm jestdir".

 

İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah