"Argentinada Ronaldoya nifrət edirlər" Dibala

Argentina millisinin futbolçusu Paulo Dibala vətənində "Yuventus"dakı komanda yoldaşı Kriştiano Ronaldonun sevilmədiyini deyib.

Newsport.az xəbər verir ki, bu barədə o, Argentina Futbol Federasiyasına müsahibəsində bildirib:

"Bu haqda Kriştianoya da demişəm. Argentinada ona nifrət edirlər".

Karyerasında həm Ronaldo, həm də Messi ilə komanda yoldaşı olan nadir oyunçulardan olan Dibala Lionellə birlikdə oynamağın çətin olması ilə bağlı söylədiyi fikrə də aydınlıq gətirib: "Mən o sözləri söyləyən zaman komanda yoldaşımı tənqid etmək istəmirdim. Sadəcə birlikdə nəsə inkişaf etdirmək istədiyimi söylədim. Bu barədə Leo ilə də danışdım. Məşqçilərin qərarına hörmət edirəm. Çünki Argentina çox nüfuzlu bir ölkədir."





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right