"Bavariya" Müllerlə yeni müqavilə imzalayır

"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilənin müddətinin 2023-cü ilə kimi uzadılması təklifi ilə razılaşıb. Hazırda tərəflər arasında maaş barədə müzakirələr aparıldığı vurğulanıb.

Xatırladaq ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right