İnyestanın komanda yoldaşı koronavirusa yoluxdu

Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Qotoku Sakay koronavirusa yoluxub.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yaponiyalı müdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib.

Sakay, Yaponiya 1-ci liqasında koronavirusa yoluxan ilk futbolçu olub.

Qeyd edək ki, “Vissel Kobe”də “Barselona”nın keçmiş futbolçusu Andres İnyesta da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right