Avrokubokların başlama vaxtı bəlli oldu

UEFA Çempionlar Liqası və Avroliqa ilə bağlı qərarını verdi. Newsport.az xəbər verir ki, bu gün 55 ölkənin nümayəndəsi ilə keçirilən videokonfransda bir sıra məsələlər müzakirə edilib.

Almaniyanın nüfuzlu “Bild” nəşrinin məlumatına görə, toplantı zamanı avrokubok matçlarının taleyi bəlli olub. Qrum Çempionlar Liqası və Avroliqa qarşılaşmalarının iyul-avqust ayları arasında keçirilməsinə qərar verib.

Bununla yanaşı, ölkə çempionatlarının gələcəyi ilə bağlı da müzakirələr davam edib. UEFA federasiya nümayəndələrinə bir neçə təklif paketi təqdim edib. Daha ətraflı məlumatın yaxın saatlarda veriləcəyi bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right