Ronaldoya heyvan dedi, qalmqal yarandı

“Yuventus”un ulduzu Kriştianu Ronaldonun Portuqaliyada karantin qaydalarını pozması qalmaqala səbəb olub. Newsport.az xəbər verir ki, ölkənin tanınmış siyasətçisi RafaelMasedu öz Feysbuk səhifəsində futbolçunu təhqir edib.

Masedu “mən istəyirəm ki, İtaliyadan gələn bu heyvan evində otursun. Bu avaranı Madeyradan yollayın” sözlərini paylaşıb.

Kriştianunun bacısı Elma Aveyru da siyasətçiyə cavab verib: “Bu adam anormaldır. Qardaşım bu cür sözlərə layiq deyil”.

Masedu isə ikinci dəfə səhifəsindən paylaşım edərək Ronaldo barədə o sözləri yazmadığını, səhifəsinə müdaxilə olduğunu bildirib: “Ronaldo barədə təhqir işlətmərəm. İlk dəfə deyil ki, səhifəmə müdaxilə edirlər. Ronaldodan üzr istəyirəm. Səhifəmə xaker hücumları çox zaman olur”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right