UEFA "Başakşəhər"i cərimələdi

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right