L'Equipe Messini Çe Gevara ilə müqayisə etdi Foto

Fransanın “L'Equipe” nəşri "Barselona”nın kapitanı Lionel Messinin şəklini növbəti buraxılışının üz qabığında yerləşdirib.
 
Newsport.az xəbər verir ki, o, nəşrdə Latın Amerikasının məşhur inqilabçısı Ernesto Çe Gevara obrazında təmsil olunub. Nəşrin üz qabığında “Lionel Messi. Barselonanın Çesi" sözləri yazılıb.
 
L'Equipe koronavirus pandemiyasına görə "Barselonada"kı aylıq maaşının 70 faizindən imtina edən  Messinin təşəbbüsünü belə təsvir edib.
 
Qeyd edək ki “Barselona”nın prezidenti Jozep Bartomeu koronavirusa görə futbolçuların maaşının azaldılması təklifini argentinalı hücumçunun verdiyini açıqlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right