Premyer Liqa klubları futbolçulara maaş verə bilmir

İngiltərə Premyer Liqa təmsilçiləri koronavirus pandemiyası üzündən dayanan mövsümün müzakirələrinə davam edir. Newsport.az xəbər verir ki, klub nümayəndələri oyunçuların maaşlarının azaldılmasında həmfikirdilər.

Məlumata görə, liqa təşkilatçıları və klub rəsmiləri ortaq bəyanat yayacaqlar. Bəyanatda çempionat dayandığı üçün maddi ziyana uğrayan komandaların futbolçuların maaşlarını verməkdə çətinlik çəkdiyi yer alacaq.

Bununla yanaşı, onlar yayım hüququna sahib kanalların hansı qərar verəcəyini də gözləyir. Əgər mövsüm tamamlanmasa, sponsorlar və telekanallar öz pullarını geri istəyəcəklər. Bu təqdirdə isə klublar 760 milyon funt-sterlinq itirmiş olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah