Lautaro Martines "Barselona"ya keçir?

“İnter"in hücumçusu Lautaro Martinesin agenti Beto Jake oyunçunun gələcək karyerası barədə danışıb. Newsport.az xəbər verir ki, o, argentinalı futbolçunun mümkün transfer ehtimalını belə şərh edib:

"Deyirlər ki, “Barselona" və "Real"onu istəyir. Belə iddialar başqa oyunçular üçün çıxsa, onlar gecə yata bilməzlər. Ancaq Martinesə təsir etmir. O, bu barədə mədən heç nə soruşmur. Bütün ağlı ilə öz işinə köklənib. Transferlə bağlı bir neçə klubla görüşmüşük, ancaq rəsmi bir şey yoxdur. Məni çağıranlar klub rəhbərləri deyillər. Buna görə də ciddi nəsə demək olmur. Martinesin böyük klublara adı çəkliməsi futbolçu üçün xoşdur. Lakin ona xüsusi heç nə vermir. Yeganə istəyi oynamaq və qol vurmaqdır. İnkişaf etməsi ən yaxşı komandaların diqqətini çəkməsinə səbəb olub. Ümid edirəm ki, özü üçün ən layiqli yerdə çıxış edəcək”.

Qeyd edək ki, argentinalı forvardın 111 milyon avro qarşılığında “Barselona”ya keçəcəyi iddia edilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah