Xavi "Barselona"da baş məşqçi olmağa hazırlaşır

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nın baş məşqçisi olmaq istəyir.

Newsport.az xəbər verir ki, ispan mütəxəssis bunun üçün hazır olduğunu bildirib:

"Artıq özümü futbolçuların başı üzərində dayanmaqda hazır hesab edirəm. "Barselona" ilə qışda şərtlərim olmuşdu: qərarlar mənə məxsus olmalıdır. Sıfırdan işlər görmək istəyirəm. Heyətdə çox futbolçuya ehtiyac yoxdur. Ceydon Sanço və Serj Qnabri kimi futbolçunu hər məşqçi istəyər".

İspaniya millisinin sabiq üzvü 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right