UEFA yeni mövsümdə Avropa Liqası və Çempionlar Liqasında klubların sayını azalda bilər

Koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının final oyunları avqust ayında keçirə bilər.

 

Newsport.az-ın məlumatına görə, UEFA maliyyə itkisi ilə üzləşməmək üçün mövsümü yarımçıq saxlamayacaq. Yarışların keçirilməməsi qərara alınsa, qitə qurumu təkcə İngiltərədəki televiziya hüquqlarının satışından 840 milyon avrodan məhrum ola bilər.

 

Mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək. Ehtimal edilir ki, yeni mövsüm Avropa kuboklarındakı klubların sayı ən azı 2 dəfə azalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right