Rüştü də koronavirusa yoluxdu

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberdə koronavirus aşkarlanıb.

Newsport.az xəbər verir ki, 46 yaşlı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında bu barədə məlumat yayıb. 

Türkiyə yığmasında 120 oyun keçirmiş sabiq qolkiper özəl xəstəxanaya yerləşdirilib. İşıl Reçber qız və oğlan övladlarında testlərin neqativ çıxdığını deyib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah