4 aylıq maaşları azaldıldı

Koronavirus pandemiyasına görə “Yuventus”un futbolçuları və məşqçiləri dörd aylıq maaşlarının azaldılmasına kollektiv şəkildə razılıq veriblər.

Newsport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytının yaydığı açıqlamada bildirilib. Əsas komandanın oyunçularına mövsümün geridə qalan hissəsi - 2020-ci ilin mart, aprel, may və iyun aylarının maaşı azaldılmaqla veriləcək. Klub cavab olaraq vəd edib ki, əgər mövsüm bərpa olunarsa, futbolçuların maaşı artırılacaq.

“Bu məsələ ilə əlaqədar yaxın günlərdə futbolçular və məşqçilərlə fərdi müqavilə imzalanacaq. Bu razılıq “Yuventus”a 2019/20 maliyyə ilində 90 milyon avroya qənaət etmək imkanı verəcək. Əgər mövsüm bərpa olunsa, klub maaşların artırılması ilə bağlı danışıqlar aparacaq. “Yuventus” futbolçu və məşqçilərə çətin günlərdə etdiklərə fədakarlığa görə təşəkkür edir” - deyə klubun yaydığı açıqlamada bildirilir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right