Həkimlər "Liverpul"un mahnısını oxudu, Klopp ağladı

Böyük Britaniyada xəstəxanaların birində həkimlər “Liverpul”un himni "You’ll Never Walk Alone" ("Sən heç vaxt tək gəzməyəcəksən") mahnısını ifa ediblər.

 

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərin addımına reaksiya verib. Alman mütəxəssis klub saytına danışıb:

 

“Dünən bu videonu mənə göndərdilər, inanılmazdır. O an ağladım. Bunlar onu göstərir ki, xəstəxanada çalışanlar təkcə orada məcbur işləmirlər, həm də işlərinə yüksək əhval-ruhiyyə ilə yanaşırlar. Bu adamlar həyatlarını təhlükəyə ataraq ciddi xəstəliklə mübarizə aparan insanlara kömək edirlər. Mən onların fədakarlığı ilə bağlı fikirlərimi sözlə ifadə edə bilmirəm”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah