Almaniyalı məşqçi "Milan"ın təklifini geri çevirdi

Almaniyalı baş məşqçi Ralf Ranqnik “Milan”ı çalışdırmaqdan imtina edib. Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Milan” klubu 61 yaşlı mütəxəssislə danışıqlar aparsa da, nəticələr müsbət olmayıb. Ranqnik İtaliyada baş verən koronavirus epidemiyası ilə əlaqədər orada çalışmaq istəmədiyini bildirib. Klub nümayəndələri ona gələn mövsüm üçün təklif versələr də, baş məşqçi ümumiyyətlə İtaliyaya gəlməyi rədd edib.

Qeyde dək ki, Ralf Ranqnikin son iş yeri “Leyptsiq” olub. O, daha öncə “Şalke”, “Qannover” və “Ştutqart” kimi klublarda baş məşqçilik edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah