FİFA-dan transfer dönəmi ilə bağlı yeni qərar

FİFA koronavirus üzündən transfer dönəminin vaxtında dəyişiklik edir. Newsport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, qrum rəhbərliyi iyun-sentyabr arasında davam edən transfer dönəminin vaxtını uzadacaq. FİFA klubların dekabrın 31-nə qədər oyunçu alıb-satmalarına icazə verməyi planlaşdırır. Transferin başlama vaxtə isə dəyişməyəcək. Komandalar yaydan etibarən istədikləri futbolçunu ala biləcəklər.

Çempionatların nə vaxt başlayacağı isə hələlik bəlli deyil. Bunun üçün FİFA və UEFA-da işçi qrupları yaradılıb. Hazırda onlarla federasiyalar arasında müzakirələr aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right