“Barselona” qurtulmaq istəyir, MY də almaq

“Mançester Yunayted” “Barselona”nın futbolçusu Antuan Qrizmannla ciddi maraqlanır.

Newsport.az-ın məlumatına görə, “Barselona”da Qrizmanndan razı deyillər. Ona görə də, klub rəhbərliyi onun satılmasında maraqlıdır.

MY-də isə Qrizmannın komanda üçün faydalı olacağını düşünürlər. Klub rəhbərliyi fransız futbolçuya 7 nömrəli formanı verməyə hazırdır.

Mançester nəhəngi Qrizmannı hələ 2017-ci ildə transfer etmək istəyirdi. Amma futbolçu 2019-ci ildə “Atletiko”dan “Barselona”ya keçdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah