Ötən il komadan ayılan futbolçunun son durumu açıqlandı

2017-ci ilin iyulun 8-də "Verder"lə yoxlama oyununda ürəyi dayanan və 1 il sonra komadan ayılan "Ayaks"ın futbolçusu Abdelhaq  Nurinin vəziyyəti yaxşılığa doğru gedir.

 

Newsport.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin qardaşı Əbdürrəhim Niderland televiziyasına bu barədə açıqlama verib:

 

"Yatır, oyanır, yemək yeyir, amma yataqdan dura bilmir. Ötən il komadan ayıldıqdan sonra qaşları ilə bizimlə dialoq qurur. Ailəsi ilə birgə olduğunu başa düşür. Onunla tez-tez danışırıq və oyunları da izləyirik".

 

Mərakeş əsilli niderlandlı oyunçunun "Verder"lə qarşılaşmada ürək ritmi pozulmuşdu. Onun sonradan beynində problem olduğu aşkarlanmışdı. Futbolçu 2018-ci ilin avqustunda komadan ayılmışdı. Nurinin ev şəraitində müalicəsi davam etdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right