Bundesliqanın bərpa müddəti uzadılır RƏSMİ

Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, liqanın idarə heyətinin videoiclasında 30 aprelə qədər yarışların dayandırılması tövsiyə olunub.

Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right