Karantin vaxtı bitməmiş ölkəsinə qayıtdı

Koronavirus testlərindən ilk ikisi müsbət, sonuncusu mənfi çıxan "Flamenqo"nun baş məşqçisi Jorji Jezuş ölkəsi Portuqaliyaya dönüb.

 

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis martın 16-dan karantinə alınmışdı. Son testinin neqativ olmasına baxmayaraq, onun Portuqaliyaya karantin bitməmiş qayımağı söz-söhbətə səbəb olub.

 

Hava limanında jurnalistlərə açıqlama verən 65 yaşlı çalışdırıcı ailəsinin yanında olmaq istədiyini deyib: "Bu çətin zamanda ailəmin yanında olmaq istədim. Onsuz da mövsümə ara verilmişdi və evə qayıtmaq istəyirdim. Liqanın vəziyyəti müəyyənləşəndən sonra qayıdacağam".

 

Jezuş 2019-cu ildən Braziliya klubunu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right