Messi maaşının azaldılmasına razı oldu

"Barselona"nın kapitanları koronavirus pandemiyasına görə maaşlarının azaldılması ideyasına etiraz etmirlər.

Newsport.az-ın məlumatına görə, bu barədə  "Mundo Deportivo" yazıb. Bildirilib ki, cümə günü "Barselona" rəhbərliyi maaşların mümkün azadılması ilə bağlı iclas keçirib. Daha sonra bununla bağlı komandanın kapitanları - Lionel Messi, Jerar Pike, Serxio Buskets və Serji Roberto ilə əlaqə saxlanılıb. Onlar oyunçuların maaşlarının azaldılması ideyasına qarşı çıxmayıblar. Kapitanlar çempionat bərpa olunacağı vaxta qədər maaşlarının bir hissəsindən imtina etməyə hazır olduqlarını söyləyiblər

Qeyd edək ki, La Liqa rəhbərliyi martın 12-i ölkədəki 1 və 2-ci liqaların oyunlarını koronavirus səbəbindən ən azı iki həftə müddətinə təxirə salınması barədə qərar qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right