"Barselona" Qrizmannı satır

"Barselona" futbolçusu Antuan Qrizmannı satmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubunun fransalı oyunçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd olunub ki, "Barselona" növbəti mövsüm üçün heyətini gücləndirmək istəyir. Ancaq koronavirus pandemiyası səbəbindən klub transferlərə mümkün qədər az pul xərcləməyi planlaşdırır. Kataloniya təmsilçisinin 29 yaşlı futbolçunu sataraq transferlər üçün pul ayırmağı düşündüyü vurğulanıb.

Qeyd edək ki, Qrizmman bu mövsüm 26 matçda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right