"Yuventus" üç futbolçusu ilə müqaviləni uzadır

"Yuventus" yayda müqaviləsi başa çatacaq üç futbolçusu ilə sözləşməni yeniləməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bunlar qapıçı Canluici Buffon, müdafiəçi Corcio Kyellini və yarımmüdafiəçi Blez Matyuididir. Hər üç oyunçunun müqaviləsinin daha bir il uzadılacağı gözlənilir.

Kapitan Kyellini bu mövsüm zədə sbəbəbindən cəmi 3 oyunda meydana çıxıb və 1 qol vurub.

42 yaşlı Buffon 11 qarşılaşmada 9 top buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.

32 yaşlı Matyuidi isə 24 görüşdə 2 məhsuldar ötürmə verib. Bu yaxınlarda ona koronavirus diaqnozu qoyulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right