Roberto Mançini: "Uşaqlıq dostum koronavirusdan öldü, mən İtaliyadan ayrılmayacağam"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus pandemiyasının təsirindən danışıb.

 

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis uşaqlıq dostunun infeksiyadan vəfat etdiyini deyib:

 

"Ailəm məndən kənarda - Ezi şəhərində qalır, yaxşıdırlar, amma yenə də narahatam. Bacım mənimlə əlaq saxladı və uşaqlıq dostumun koronavirusdan öldüyünü dedi. Onunla uşaqlıqda futbol oynayırdım, birgə gəzirdik, gözəl günlərimiz olmuşdu. Ezidəki "Croce Verde" xeyriyyəçilik şirkətində işləyirdi, əla insan idi.

 

Berqamoda ölüləri daşıyan hərbi maşınların karvanını görmək adama dəhşətli gəlir. Yer kürəsi belə cəhənnəmə hazır deyildi. Həkimlər qəhramanlıqla işə davam edir. Onlara inamımız var. Buna görə də ölkəmdən ayrılmağı düşünmürəm. Mənim məzarım İtaliyadır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right