"Real"ın sabiq prezidenti koronavirusdan öldü

"Real"ın koronavirusa yoluxan sabiq prezidenti Lorenzo Sanz vəfat edib.

Newsport.az-ın məlumatına görə, bir həftədir koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri bir qədər əvvəl ölüb.

Qeyd edək ki, L.Sanz 1995-2000-ci illərdə Madrid klubunun prezidenti olub. Klub onun rəhbərliyi ilə 2 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya Çempionluğu, 1 dəfə La Liga çempionluğu və 1 dəfə İspaniya Superkubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right