Levandovski və həyat yoldaşı koronavirusla mübarizə üçün 1 milyon ayırdı

Münehn "Bayern"inin hücumçusu Robert Levandovski koronavirusla mübarizə üçün yardım aksiyasına qoşulub.

 

Newsport.az-ın məlumatına görə, o karateçi həyat yoldaşı Anna Levadovska ilə birlikdə pandemiya ilə mübarizəyə 1 milyon avro ayırıb. Polşalı hücumçu yardımla bağlı bu sözləri deyib:

 

"Baş verənlərin ciddi olduğunu anlayırıq. Çətin vəziyyətdir. Artıq hər birimiz eyni komandada mübarizə aparırıq. Bu müharibədə güclü olmalıyıq. Mübarizəyə güc qatacaq hər kəsdən dəstək gözləyirik". 

 

Levandovskinin "Bayern"dəki komanda yoldaşları - Leon Qoretska və Jozua Kimmix "We kick Corona" adı ilə qurulan fonda 1 milyon avro bağışlayıblar. Onlarla yanaşı, "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane də fonda 1 milyon avro yatırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right